Əfqanıstanda teleaparıcı qadın silahlılar tərəfindən qətlə yetirilib

11-12-2020, 03:15           
Əfqanıstanda teleaparıcı qadın silahlılar tərəfindən qətlə yetirilib
Əfqanıstanın şərqində televiziya aparıcısı silahlı şəxslər tərəfindən güllələnib.

APA “Associated Press”ə istinadən xəbər verir ki, teleaparıcı Malala Mayvand Nanqarhar əyalətindəki evindən çıxan zaman silahlılar onun olduğu avtomobilə atəş açıb.

Mayvand televiziya və radio aparıcısı olmaqla yanaşı, həm də əfqan qadın və uşaqların hüquqlarının müdafiəsi uğrunda mübarizə aparan bir fəal olub.

Qətlin məsuliyyətini hələlik heç kim öz üzərinə götürməyib. Bölgədə “Taliban” hərəkatı da aktivdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru