Qarabağa gedən sülhməramlılar qəzaya düşdü – yaralılar var
11-12-2020, 17:20
Rusiya sülhməramlıları Yerevan-Mehri yolunda qəzaya düşüblər.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hərbçiləri daşıyan KAMAZ markalı yük maşını İrandan gələn tırla toqquşub. Qəza nəticəsində sülhməramlılar arasında bir neçə yaralı olduğu bildirilir.