Azərbaycanda daha 4381 nəfər COVID-19-a yoluxub, 3658 nəfər sağalıb, 47 nəfər vəfat edib
11-12-2020, 18:36
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4381 yeni yoluxma faktı qeydə alınıb, 3658 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 47 nəfər vəfat edib.