Xaçmazda partlayış: Xəsarət alan var

11-12-2020, 22:13           
Xaçmazda partlayış:
Xaçmaz rayonunun Çiləgir kəndində ümumi sahəsi 20 m² olan köməkçi tikilidə yanğınla nəticələnən partlayış baş verib.

Teref.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Partlayış dalğasının təsirindən tikilinin pəncərəsi çərçivədən çıxıb. Yanğın nəticəsində tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Hadisə zamanı xəsarət almış 1 nəfər Təcili və Təxirəsalınmaz Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru