Deputatlar bir-birinə silah çəkdi, qan töküldü

13-12-2020, 02:47           
Deputatlar bir-birinə silah çəkdi, qan töküldü
İraq parlamentinin 2 deputatı arasında silahlı insident yaşanıb.

KONKRET.az xəbər verir ki, hadisə Əbu-Qüreyb şəhərində baş verib.

Parlamentin deputatları – Tələl əl-Zübai ilə Kərim Əbu Sodenin cangüdənləri arasında silahlı qarşıdurma yaşanıb. Deputatlar əvvəlcə bir-birilərini sözlə təhqir ediblər. Məsələ daha sonra silahlı insidentə kimi uzanıb.

Baş verən hadisə bölgədəki mülki şəxslər arasında təşviş yaradıb. Şahidlər insident zamanı bəzi vətəndaşların yaralandığını bildirib.

Qeyd edək ki, hadisənin baş vermə səbəbləri barədə məlumat yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru