Azərbaycanda daha bir həkim koronadan vəfat etdi

15-12-2020, 00:12           
Azərbaycanda daha bir həkim koronadan vəfat etdi
Azərbaycanda tanınmış cərrah-həkim Elman Həsənov vəfat edib.

Axar.az-ın Report-a istinadən məlumatına görə, E.Həsənov koronavirus səbəbindən 50 yaşında dünyasını dəyişib.

Bir müddət əvvəl koronavirusa yoluxduğu üçün xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, E.Həsənov 1970-ci ildə Biləsuvar rayonunda anadan olub. O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah kimi çalışırdı. E.Həsənov cənub bölgəsində peşəkar cərrah kimi tanınır. Həmçinin Vətən müharibəsi dövründə yaralılara tibbi xidmət göstərib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru