“Azercell” 10 min manat cərimələndi

15-12-2020, 16:50           
“Azercell” 10 min manat cərimələndi
“Azercell Telekom” MMC inzibati qaydada 10 min manat cərimə edilib.

“Report”un əldə etdiyi məlumata görə, şirkət ətraf mühitin mühafizəsi məqsədi ilə elektromaqnit sahələrinin səviyyəsinin, radioaktiv şüalanmanın və başqa zərərli fiziki təsirlərin yol verilə bilən son hədlərinin normativlərinin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilib.

Nərimanov Rayon Məhkəməsi “Azercell Telekom” MMC-ni İnzibati Xətalar Məcəlləsinin 233.2-ci maddəsi ilə təqsirli bilərək, 10 000 manat məbləğində cərimə edilməsi barədə qərar çıxarıb.

Şirkət məhkəmənin qərarından apellyasiya şikayəti verib.

Mobil operator “Azercell” 1996-cı fəaliyyətə başlayıb. Hazırkı 100% sərmayədarı Türkiyənin "Azertel Telekomünikasyon ve Yatırım Dış Ticaret A.Ş," şirkətidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru