Azərbaycanda ilkin olaraq bu şəxslər vaksinasiya ediləcək
15-12-2020, 17:11
“İlkin olaraq səhiyyə işçilərinə və 65 yaşdan yuxarı şəxslərə koronavirua qarşı vaksinlərin vurulması nəzərdə tutulur. Dünyada da bu təcrübədən istifadə edilir”. Bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.