Rusiyada axtarışda olan quldur zərərsizləşdirilib

16-12-2020, 09:01           
Rusiyada axtarışda olan quldur zərərsizləşdirilib
Rusiya Federasiyasının Çeçenistan Respublikası ərazisində qanunsuz silahlı birləşmənin üzvü olan şəxs zərərsizləşdirilib.

Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, onun meyitinə baxış keçirilərkən əldəqayırma partlayıcı qurğu aşkarlanıb.

"Müayinənin gedişatında əldəqayırma partlayıcı qurğu və qumbara aşkar edilib", - güc strukturlarındakı müsahib TASS-a açıqlamasında deyib.

Daha əvvəl çərşənbə axşamı məlum olub ki, Çeçenistanın Katar-Yurd kəndində təhlükəsizlik qüvvələri Camaludin Baydullayevin quldur qruplaşmasına daxil olmuş silahlını zərərsizləşdiriblər.

Respublikanın başçısı Ramzan Kadırov bu informasiyanı təsdiqləyib.

Qeyd edilirdi ki, məhv edilmiş quldur İnquşetiyada təhlükəszilik qüvvələrinə hücumla bağlı cinayət işinin araşdırılması çərçivəsində axtarışda olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru