Füzuliyə komendant təyin edilib

16-12-2020, 17:44           
Müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilən Füzuli rayonunda təhlükəsizlik tədbirləri gücləndirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Teref.az-a verilən məlumata görə, müvafiq əmrə əsasən Füzuli Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Xəqani Məmmədov rayonun komendantı təyin edilib.

Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən Füzuli rayonunun giriş-çıxışında, o cümlədən rayon daxilində postlar qurulub, təhlükəsizliyə tam olaraq nəzarət edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru