Somalinin Qalkayo şəhərində stadionda partlayış baş verib.
Teref.az xarici KİV-lərə istinadən xəbər verir ki, partlayış nəticəsində yüksək rütbəli hərbçilər də daxil olmaqla azı 10 nəfər həlak olub. Verilən məlumata görə həlak olan hərbiçilərdən biri general olub.
Məlumata əsasən, partlayış terrorçu-intiharçı tərəfindən törədilib.