Dekabrın 20-də gözlənilən hava şəraiti

19-12-2020, 20:15           
Dekabrın 20-də gözlənilən hava şəraiti
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə dekabrın 20-də Bakıda və
Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Cənub-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 8-10, Bakıda gecə 5-7, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 80-90 faiz olacaq

Xəbərdarlıq
Dekabrın 20-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı , yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir.

Dekabrın 20-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi,
lakin gündüz bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-5 dərəcə isti, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz
Dekabrın 20-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü
meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru