Satışa çıxarılan COVID-19 müalicə paketi barədə rəsmi açıqlama

20-12-2020, 14:57           
Satışa çıxarılan COVID-19 müalicə paketi barədə rəsmi açıqlama
Koronavirusa görə evdə müalicə alan vətəndaşlara Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən pulsuz verilməli olan müalicə paketlərinin satışa çıxarıldığı ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

Bununla bağlı fotoları paylaşan sosial şəbəkə istifadəçiləri həmin paketlərin apteklərdə 53 manata təklif edildiyini bildirib.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, həmin paketlər Birliyə məxsus deyil: "TƏBİB yalnız regionlarda evdə müalicə alan xəstələri dərmanlarla təmin edir və həmin dərman paketlərinin hər iki, ön və arxa tərəfində TƏBİB-in loqosu var. Amma satışa çıxarılan paketlərin üzərində TƏBİB-ə aid loqo yoxdur. Hansısa aptek tərəfindən dizayn olunub”. (Report, 19 dekabr)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru