Koronadan ölən qadın kişiyə “çevrildi” - Bərdədə şok

22-12-2020, 16:45           
Koronadan ölən qadın kişiyə “çevrildi” - Bərdədə şok
Gəncədə koronavirusdan vəfat edən 12 xəstənin meyitləri dəyişik düşüb.

Axar.az xəbər verir ki, bu barədə jurnalist Həmid Həmidov qeyd edib. O bildirib ki, koronadan vəfat edənlərin yaxınları bundan meyit basdırıldıqdan sonra xəbər tutublar.

Bərdədə isə koronadan vəfat edənlərin ailəsinə qadın cəsədi əvəzinə kişi cəsədi göndərildiyini bildirən jurnalist məsələdə TƏBİB-in məsuliyyət daşıdığını qeyd edib.

Məsələ ilə bağlı TƏBİB-dən saytımıza bildirilib ki, bu prosesi icra edən qurum TƏBİB-in nəzarətində deyil:

“TƏBİB ölkə üzrə tabeliyində olan bütün xəstəxanalarda stasionar müalicəylə məşğul olur. Xəstənin xəstəxanada dünyasının dəyişməsi hallarında isə cəsəd Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilir. Sözügedən quruma TƏBİB nəzarət etmir”.

Saytımıza məsələ ilə bağlı Səhiyyə Nazirliyinə sorğu göndərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru