"Rusları çətin olsa da, Qarabağdan da çıxaracağıq" - AÇIQLAMA

23-12-2020, 10:29           
"Rusları çətin olsa da, Qarabağdan da çıxaracağıq" - AÇIQLAMA
“Qarabağda baş verənlərlə bağlı doğruları xalqa çatdırmalıyıq. Xalq indidən nələrərin baş verdiyindən xəbərdar olmalı, gələcək üçün səfərbər edilməli və hədəfə doğru addım-addım irəliləməlidir”.

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Demokratiya Hərəkatının sədri Qubad İbadoğlu deyib.

Q.İbadoğlu bildirib ki, hədəf Qarabağda özünü ağa kimi aparan rus qoşunlarının çıxarılması olmalıdır: “Bəziləriniz üçün mümkünsüz görünən bu işin öhdəsindən Azərbaycan xalqı yaxın tarixdə 3 dəfə, həmişə də qansız-qadasız gələ bilib. Rus qoşunları birinci dəfə 1992-ci ildə Naxçıvanı, ikinci dəfə 1993-cü ildə Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Azərbaycanı, üçüncü dəfə 2013-cü ildə isə Qəbələni münaqişəsiz şəkildə tərk edib. Əminəm ki, 4-cü dəfə də buna nail olacağıq, rusları çətin olsa da, Qarabağdan da çıxaracağıq. Sadəcə, bu barədə hər an düşünməli və müntəzəm çalışmalıyıq. Bu hədəfə doğru xalqı səfərbər etmək üçün də acı olsa da, düz olanı danışmalıyıq. Baxmayaraq ki, atalar “Doğru danışanın papağı yırtıq olar” deyiblər, eybi yoxdur, təki qəlbimiz dəlinməsin. Doğru yalanı qovar, sadəcə, zamana ehtiyac var”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru