Araik atası azərbaycanlı generalı “təhlükəsizlik xidməti” rəisliyindən uzaqlaşdırdı...

23-12-2020, 10:34           
Araik atası azərbaycanlı generalı “təhlükəsizlik xidməti” rəisliyindən uzaqlaşdırdı...
Bu günlərdə Rusiya sülhməramlılarının faktiki himayəsi altında “yeni hökumət” quran 1991-ci ildən Azərbaycan Respublikasının işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin başçısı Araik Arutyunyan daha iki “güc naziri”ni vəzifədən azad edib.

Moderator.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb.

Məlumatda deyilir ki, xuntanın qanunsuz “təhlükəsizlik xidməti”nin rəisi hesab olunan general-mayor Kamo Ağacanyan və “polis rəisi” Akop Ağacanyan vəzifələrindən uzaqlaşdırılıb.
Xatırladaq ki, Ermənistanda da müxtəlif vəzifələrdə çalışmış, Xocavəndin Edilli kənd sakini Kamo Ağacanyanın atasının azərbaycanlı olması haqda bir neçə dəfə məlumat vermişik(bax:https://www.moderator.az/news/327428.html).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru