Amerikada qadın və kişi itləri ilə birgə özlərini təyyarədən atdı...

23-12-2020, 23:27           
Amerikada qadın və kişi itləri ilə birgə özlərini təyyarədən atdı...
Nyu-York hava limanında təyyarə havaya qalxmağa hazırlaşarkən iki sərnişin qəza çıxışından özünü atıb.

Moderator.az xəbər verir ki, İsrail mediasının yaydığı məlumata görə, Delta avia-şirkətinin sözçüsü kişi və qadın sərnişinlərin La Quardia Hava limanından Atlantaya gedən 462 saylı reysdə olduğunu bildirib.

Onların yanında bir it də olub. Şahidlərdən biri “New York Times”-a təyyarənin havaya qalxmağa hazırlaşdığı vaxt cütlüyün və itin bir neçə dəfə yerlərini dəyişdirdiyini gördüyünü söyləyib. Həmçinin kişi təyyarə hərəkətə başlayanda ayağa qalxıb və bələdçinin oturmaq göstərişinə məhəl qoymayıb.

"Otursam, dəli olaram"- deyə hadisənin şahidi qalmaqal yaratmış sərnişindən sitat gətirir.

İnsident nəticəsində təyyarə eniş çıxışına qayıtmaq məcburiyyətində qalıb və sərnişinlər digər reyslərə keçiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru