BAKIDA MƏCBURİ KÖŞKÜNLƏRİN YAŞADIĞI BİNA YANIR - Fotolar

24-02-2021, 10:11           
BAKIDA MƏCBURİ KÖŞKÜNLƏRİN YAŞADIĞI BİNA YANIR - Fotolar
Paytaxtda yanğın hadisəsi qeydə alınıb. “Report” xəbər verir ki, hadisə Tbilisi prospektində yerləşən yaşayış binasında baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub.

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş verən yanğınla bağlı açıqlama yayıb.

FHN-in Mətbuat xidmətindən bildirilib ki, hadisə Yasamal rayonu, Tbilisi prospekti ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı binada qeydə alınıb.

Belə ki, binanın dam örtüyü yanır.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq canlı qüvvəsi və texnikası cəlb olunub.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru