Valyutadəyişmə məntəqələrində dolların qiyməti kəskin yüksəldi

11-02-2016, 21:31           
Valyutadəyişmə məntəqələrində dolların qiyməti kəskin yüksəldi
Bakı şəhərinin nağd valyuta bazarında bu gün saat 17:00-dan sonra ABŞ dollarının satış məzənnəsi 1,62 AZN/USD-yə yüksəlib, alış məzənnəsi isə 1,53 AZN/USD-yə kimi azaldılıb.


teref.az report-a istinadən xəbər verir ki, günün ilk yarısında kommersiya bankları "exchange" əməliyyatlarını 1,5620-1,5700 AZN/USD məzənnəsi ilə aparıb.


Nağd dollar məzənnəsinin kəskin dəyişməsi Mərkəzi Bankın (AB) bugünkü valyuta hərracının nəticələri məlum olduqdan sonra baş verib. Belə ki, AMB dolların sabah üçün rəsmi məzənnəsini 0,55% artıraraq 1,5745 AZN/USD səviyyəsində müəyyənləşdirib.


Beləliklə, son günlərdə müşahidə olunan manatın möhkəmlənməsi prosesi başa çatıb. Buna əsas səbəb isə dünya bazarında neftin qiymətinin son günlər ərzində 15%-dək enməsi olub. Bundan daha önəmlisi isə Rusiya Bankının (Mərkəzi Bank) rublun məzənnəsinə müdaxilə etməyəcəyi barədə açıqlaması olub ki, məhz bu açıqlamadan sonra Rusiyada dolların məzənnəsi 2,4% artaraq 80,6 RUB/USD-yə çatıb. Artıq qısa müddət ərzində dolların 100 rubla qədər bahalaşması mümkündür ki, bu da manatın məzənnəsinə ciddi təsir edəcək.


Qeyd edək ki, bu gün üçün rəsmi məzənnə 1,5659 AZN/USD səviyyəsində müəyyən edilib. Banklar 4%-lik marja limitini nəzərə almaqla nağd dolların minimal alış məzənnəsini 1,5032 AZN/USD, maksimal satış məzənnəsini isə 1,6285 AZN/USD həddində məyyən edə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru