Jurnalistlərə vurulacaq vaksinin adı AÇIQLANDI

8-04-2021, 15:54           
Jurnalistlərə vurulacaq vaksinin adı AÇIQLANDI
Azərbaycanda media işçilərinin vaksinasiyası Mətbuat Şurasının binasıda baş tutacaq.

Teref.az bildirir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. O qeyd edib ki, jurnalistlərə Çinin "Sinovac Biotech" şirkətinin istehsal etdiyi "CoronaVAC" vaksini vurulacaq: "Artıq iki gündür Azərbaycan Mətbuat Şurasına redaksiyalardan siyahılar daxil olur. Hazırda 150-dən çox müraciət var və qeydiyyata alınma prosesi davam etməkdədir. Qeydiyyata alınmada jurnalsitlərin adı, soyadı və mobil nömrəsi lazımdır. Media işçiləri vaksinasiyasına gəldikdə isə üzərlərində mütləq şəxsiyyət vəsiqələri olmalıdır”.

Ə.Amaşov bildirib ki, vaksinasiya prosesi mərhələli şəkildə davam edəcək: "Təqribən gün ərzində 50 və daha çox şəxs vaksinasiya olunacaq”.

(trend)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru