Bakıda məktəbli qız yaşayış binasının damından özünü atıb

4-05-2015, 11:28           
Bakıda məktəbli qız yaşayış binasının damından özünü atıb
Bakıda intihara cəhd olub.

Pirallahı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Pirallahı qəsəbəsində qeydə alınıb. 235 saylı orta məktəbin 11-ci sinif şagirdi, 1997-ci il təvəllüdlü Əminə Rövşən qızı Cəfərova 5 mərtəbəli yaşayış binasının damından özünü atıb. Nəticədə o ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.