Koronavirus xəstələrindən götürülən testlərin fərqli nəticələr göstərməsinə aydınlıq gətirilib

15-09-2021, 15:48           
Koronavirus xəstələrindən götürülən testlərin fərqli nəticələr göstərməsinə aydınlıq gətirilib
“Xəstəliyin ikinci həftəsində infeksiya aşağı tənəffüs yollarına düşür. Bu səbəbdən həmin vaxt götürülən PCR testi neqativ nəticə verə bilər”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib.

Nazirlik rəsmisi qeyd edib ki, tibbdə 100 faizlik nəticə yoxdur: “Bəzən şikayətlər olur ki, kimsə bir neçə günlük fasilə ilə test verir və nəticə fərqli olur. Testlər standart olmadığına görə fərqli cavabların alınması təbiidir. Hər hansı anticisimlərin olması da qoruyuculuq demək deyil. Seroloji testlərə etibar etmək o qədər də uyğun deyil. Əsas effektiv üsul PCR yaxma testinin aparılmasıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru