Bakıda ər qaşığı qızdıraraq arvadının üzünə dağ basıb

5-05-2015, 17:46           
Bakıda ər qaşığı qızdıraraq arvadının üzünə dağ basıb
Bakıda həyat yoldaşına işgəncə verən kişi saxlanılıb. Hüquq-mühafizə orqanlarından "Report"a verilən məlumata görə, hadisə Nizami rayonu ərazisində baş verib. Sabirabad rayon sakini, 1979-cu il təvəllüdlü Həsənov Elbrus Əlsəfa oğlu həyat yoldaşı, 1981-ci il təvəllüdlü Həsənova Günəş Zakir qızını mütəmadi olaraq döyərək ona fziki və psixoloji işgəncələr verib. Ərinin işgəncələrinə dözməyən G.Həsənova bu barədə Nizami Rayon Polis İdarəsinə məlumat verib. Zərərçəkən şəxs sonuncu dəfə ərinin qaşığı qaz sobasında qızdıraraq onun üzünə dağ basdığını, həmçinin, siqaretlə onun ayaq nahiyələrini yandırdığını bildirib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı E.Həsənov saxlanılıb. Onun barəsində Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 133.1-ci (işgəncə vermə, mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə E.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaqçılar ailə münaqişəsinin baş vermə səbəblərini araşdırır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.