Merts: "Aİ Rusiyaya qarşı yeni sanksiya paketi hazırlayır"

14-05-2025, 08:44           
Merts: "Aİ Rusiyaya qarşı yeni sanksiya paketi hazırlayır"
Avropa İttifaqı (Aİ) artıq Rusiyaya qarşı növbəti sanksiya paketini hazırlayır və bununla bağlı qərar iyunun sonunadək qəbul edilməlidir.
“Report” xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts Berlində Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə birgə mətbuat konfransında bildirib.

"Sanksiyalara gəlincə, Avropa İttifaqı artıq növbəti paketi hazırlayır. Bu məsələ ilə bağlı qərar iyunun sonunadək qəbul edilməlidir", - o deyib. Kansler sanksiyaların enerji sektorunu, eləcə də "kölgə donanması"nı əhatə edəcəyini dəqiqləşdirib.

"Biz, o cümlədən mən özüm şəxsən bunu ardıcıl şəkildə və Avropa İttifaqının xətti ilə mümkün olan maksimum əməkdaşlıq çərçivəsində həyata keçirməkdə qətiyyətliyik. Biz bunu təkbaşına edə bilmərik. Lakin hələ də tərəddüd edən ölkələri bunun düzgün yol olduğuna inandırmağa çalışacağıq", - F.Merts bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru