"Nottingem Forest"in hücumçusu süni komaya salınıb

14-05-2025, 09:11           
"Nottingem Forest"in hücumçusu süni komaya salınıb
"Nottingem Forest" və Nigeriya milli komandasının hücumçusu Tayvo Avoniyi süni komaya salınıb.
Bu barədə Daily Mail qəzeti məlumat yayıb.

Mayın 11-də İngiltərə Premyer Liqasının 36-cı turunda "Lester"lə oyunun son dəqiqələrində (2:2) Avoniyi dirəyə çırpılıb. Bildirilir ki, futbolçu qarın boşluğunda keçirilmiş təcili əməliyyatdan sonra intensiv terapiya alır.

27 yaşlı Avoniyi cari mövsümdə İngiltərə çempionatında 26 oyuna çıxıb və 1 qol vurub. Nigeriya millisində isə onun aktivində 8 oyun və 2 qol var.

"Nottingem Forest" bu mövsüm 62 xal toplayaraq İngiltərə çempionatının turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru