Gəncədə güclü leysan həyatı iflic etdi: Küçələr və evlər su altında qaldılar FOTO

14-05-2025, 08:12           
Gəncədə güclü leysan həyatı iflic etdi:
Gəncə şəhərində intensiv yağan yağış nəticəsində sel hadisəsi qeydə alınıb.

TEREF APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarından etibarən şəhərə güclü yağış yağıb, sel suları bir sıra yaşayış massivlərində fərdi evlərə dolub.

Yağıntı nəticəsində bir neçə küçəni sel suları basıb. Avtomobillərin və piyadaların hərəkətində ciddi çətinliklər yaranıb.

Hazırda Gəncədə leysan xarakterli yağış davam edir.

Qeyd edək ki, qərb bölgəsini əhatə edən bir sıra rayonlarda da yağıntılı hava şəraiti müşahidə olunur.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru