Orbandan Ukraynaya ağır ittiham: "Macarıstana qarşı əməliyyata başlayıblar"

Bu gün, 09:57           
Orbandan Ukraynaya ağır ittiham: "Macarıstana qarşı əməliyyata başlayıblar"
"Ukrayna xüsusi xidmət orqanları Macarıstanda Ukraynanın Avropa İttifaqına daxil olması üzrə referendumun keçirilməsinə mane olmaq üçün Budapeştə qarşı əməliyyata başlayıblar".

TASS xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban xalqa müraciətində bildirib.

Onun sözlərinə görə, Macarıstanın siyasi müxalifəti Ukrayna xüsusi xidmət orqanlarının rəhbərliyi altında ölkənin silahlı qüvvələrini gözdən salmağa cəhd göstərib:

"Referendum baş tutacaq və ölkə vətəndaşları Ukraynanın Aİ-yə qəbulu məsələsinə münasibət bildirə biləcəklər. Brüssel və Kiyev bu məsələdə bizim yerimizə qərar verə bilməz".

Qeyd edək ki, son günlər Macarıstan və Ukrayna arasında casus qalmaqalı baş verib. Hər iki ölkə qarşılıqlı olaraq diplomatları qovub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.