"Dünyanın ən kasıb prezidenti" kimi tanınan Xose Muxika vəfat etdi
Bu gün, 08:36
Uruqvayın keçmiş prezidenti Xose Muxika 90 yaşında vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə Uruqvayın hazırkı dövlət başçısı Yamandu Orsi "X" hesabında məlumat paylaşıb.
Onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
X.Muxika "dünyanın ən kasıb prezidenti" kimi də tanınırdı. O, maaşının 90 faizini xeyriyyəçiliyə ianə edirdi, vəzifədə olduğu beş il ərzində sahib olduğu yeganə avtomobil 1987-ci il model köhnə maşın olub.