Hindistan və Pakistan arasında yeni gərginlik: 24 saat vaxt verildi

14-05-2025, 09:24           
Hindistan və Pakistan arasında yeni gərginlik:
Hindistan Pakistanın ölkədəki səfirliyinin əməkdaşını rəsmi statusuna uyğun gəlməyən fəaliyyətinə görə arzuolunmaz şəxs (persona non-qrata) elan edib.

TNS xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Sözügedən məmurun vəzifəsi açıqlanmır. Ona 24 saat ərzində Hindistan ərazisini tərk etmək göstərişi verilib.

Bildirilir ki, Pakistan səfirliyinin müvəqqəti işlər vəkilinə bu gün müvafiq demarş elan edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru