Parlament siyasi partiyaların qadağan edilməsi ilə bağlı qanun layihəsini təsdiqlədi

14-05-2025, 09:34           
Parlament siyasi partiyaların qadağan edilməsi ilə bağlı qanun layihəsini təsdiqlədi
Parlament “Vətəndaşların siyasi birlikləri haqqında” və “Konstitusiya Məhkəməsi haqqında” qanunlara dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.

24News.ge xəbər verir ki, qanun layihəsi parlamentin 80 deputatının yekdil dəstəyi ilə təstiqlənib.

Dəyişikliklər siyasi partiyaların fəaliyyətinə qadağa qoyulması ilə bağlı hüquqi mexanizmlərini nəzərdə tutur.

Qanunvericilik paketinə əsasən, Konstitusiya Məhkəməsi artıq qadağan edilmiş bir partiyanın məqsəd və fəaliyyətini, eləcə də kadr tərkibini təkrar edən yeni partiyanın fəaliyyətinə qadağa qoya biləcək.

Layihəyə edilən düzəlişlər çərçivəsində, partiyanın Konstitusiyaya uyğunluğu ilə bağlı iddialara baxılma müddəti də dəyişdirilib. Əvvəlki redaksiyada bu müddət seçki dövründə 14 gün, digər hallarda isə 9 ay nəzərdə tutulurdusa, yeni dəyişikliklərə əsasən, Konstitusiya Məhkəməsi həm seçki, həm də seçkidənkənar dövrlərdə 14 gün ərzində qərar qəbul etməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru