Roman Abramoviç İstanbul danışıqları öncəsi Kremldə göründü

Bu gün, 10:18           
Roman Abramoviç İstanbul danışıqları öncəsi Kremldə göründü
Tanınmış rusiyalı oliqarx və qeyri-rəsmi diplomat Roman Abramoviç uzun fasilədən sonra ilk dəfə Moskvada, Kremldə görüntülənib.

Oxu.Az insayder.ua-ya istinadən xəbər verir ki, milyarder Rusiya və Ukrayna arasında mayın 15-də İstanbulda keçiriləcək danışıqlardan əvvəl ortaya çıxıb.

Keçmiş Çukotka qubernatoru və Londonun "Çelsi" klubunun sahibi olmuş Abramoviçin məhz indi görünməsi təsadüfi kimi qiymətləndirilmir.

Xatırladaq ki, Ukrayna deputatlarının əvvəlki açıqlamalarına görə, Kiyev 2022-2023-cü illərdə Vladimir Putinə yaxın şəxslə, əsas vasitəçi kimi Roman Abramoviçin iştirakı ilə gizli danışıqlar aparıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.