Husilər Təl-Əviv hava limanına raket zərbəsi endirdilər
Bu gün, 10:25
Yəməndəki "Ənsar Allah" üsyançı hərəkatından husilər İsrailin paytaxtı Təl-Əvivdə Ben Qurion hava limanına zərbə endiriblər. Bu barədə husilərin nümayəndəsi Yəhya Səriə "Al Masirah" telekanalının efirində açıqlama verib.
Onun sözlərinə görə, "əməliyyat hipersəsli ballistik raketdən istifadə olunaraq həyata keçirilib".