Mahmudovun atasının barelyefi də söküldü - Fotolar

28-03-2016, 18:57           
Mahmudovun atasının barelyefi də söküldü - Fotolar
Ötən bayram günlərində Bakının Yasamal rayonu ərazisindəki Hüseyn Cavid prospekti 22 ünvanında yerləşən və vaxtilə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun atası Əhməd Mahmudovun yaşadığı binanın üzərindən onun xatirəsinə qoyulmuş barelyef sökülüb.

“Savaş” virtualaz.org-a istinadən xəbər verir ki, barelyefi söküb və yerini də elə yamayıblar ki, sanki burada heç nə olmayıb.

Xatırladaq ki, bundan əvvəl akademik Əhməd Mahmudovun büstü Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda Fətullah Gülən təriqəti tərəfindən qeyri-qanuni inşa edilən məktəb-liseyin qarşısından da götürülüb.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.