Misir təyyarəsini qaçıran şəxs sərnişinlərin təyyarəni tərk etməsinə razılıq verib, - artıq 20 nəfər azad edilib
29-03-2016, 13:02
Misirə məxsus A320 təyyarəsini qaçıraraq Kiprin Larnaka hava limanına enməsini tələb edən şəxs sərnişinlərin təyyarədən çıxmasına icazə verib.
APA-nın məlumatına görə, artıq 20 qadın və bir uşaq təyyarəni tərk edib.
Təyyarəni qaçıran şəxsin tələbinin nədən ibarət olduğu hələlik məlum deyil.
Kipr hüquq-mühafizə orqanları onunla danışıqları davam etdirir.
Qeyd edək ki, naməlum şəxs İsgəndəriyyədən Qahirəyə uçan, göyərtəsində 55 sərnişin və 7 ekipaj üzvü olan təyyarənin Cənubi Kiprin Larnaka hava limanına endirilməsini tələb edib.
Təyyarəni qaçıran şəxs bildirib ki, tələbi yerinə yetirilməsə, “şəhid kəmərini” işə salacaq.
Kiprin dövlət radiosu təyyarədə partlayıcı qurğunun olması barədə məlumat yayıb.