Deportasiya Qurbanları Cəmiyyəti Köçəri Nağıbəylini təbrik edib
22-04-2016, 13:52
“Bu gün Milli Azadlıq Hərəkatının fəallarından biri, ictimai-siyasi xadim, mərhum eks-prezident Əbülfəz Elçibəylə daim isti münasibətləri ilə yadda qalan Köçəri Nağıbəylinu doğumunun 50-ci ili tamam olur. Köçəri Nağıbəyli Azərbaycan ictimai-siyasi mühitinin bütün üzlərini son 30 ildə yaşamış şəxsdir. Müasir Azərbaycan tarixi həm də Köçəri Nağıbəylıinin yaşam tarixidir”.
Deportasiya Qurbanları Cəmiyyətinin İdarə Heyəti doğumunun 50-ci ilini yaşayan Köçəri Nağıbəylini belə təbrik edib, ona Azərbaycan uğrunda göstərdiyi fəaliyyətə görə təşəkkürünü ifadə edərək, yeni-yeni uğurlar arzulayıb.
Qeyd edilib ki, Köçəri Nağıbəyli gənc yaşlarından Azərbaycanın müstəqilliyi uğrunda aparılan milli mücadiləyə verdiyi əmək danılmazdır. Onun həmçinin Deportasiya Qurbanları Cəmiyyətin də fəaliyyəti də, son 100 ildə erməni və onun havadarları tərəfindən işğal edilən, tar-mar olunan qədim türk torpaqlarının unutdurulmaması istiqaməti yönəlib, bu istiqamətdə ciddi fəaliyyəti ilə seçilib, bu istiqamətdə yorulmadan və təmənnasız işlər görüb. Deportasiya Qurbanları Cəmiyyətinin Idarə Heyəti Nağıbəylinin bu qurumda da fəaliyyətini qeyd edərək, onun həqiqi vətənpərvər, xalqını təmənnasız sevən və xidmətində duran şəxsiyyət kimi yüksək qiymətləndirib, ona fəaliyyətində uğurlar arzulayıb.
Modern.az