Avtobus uçuruma yuvarlandı: Altı miqrant həlak oldu 27-05-2022, 10:18 Meksikanın San-Luis Potosi şəhərinin ərazisində miqrantları daşıyan avtobusun uçuruma yuvarlanması nəticəsində altı sərnişin ölüb, 15-i yaralanıb.Qeyd olunur ki, həlak olanlardan dördü qadın, ikisi kişidir.Avtobusda olan şəxslərin Honduras, Salvador və Kuba vətəndaşları olduğu açıqlanıb.Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıblar.Qəza ilə bağlı araşdırmalara başlanılıb.Mənbə: Anadolu Facebook-da paylaş