KTMT-dən Sərkisyana tərs şillə

26-04-2016, 17:00           
KTMT-dən Sərkisyana tərs şillə
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gərginlik yaranan zaman Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) kömək üçün müraciət etməyib.

APA-nın verdiyi xəbərə görə, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja bildirib.

O deyib ki, beynəlxalq hüquqa uyğun olaraq, Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsi olmadığından KTMT qüvvələri məsələyə müdaxilə edə bilməz:

“Biz yalnız təşkilata üzv olan ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hər hansı hücum olduğu zaman kömək göstərə bilərik”.

Baş katib əlavə edib ki, Dağlıq Qarabağdakı vəziyyət təhlükəsizliyin təmin olunması baxımından böyük əhəmiyyətə malikdir: “Əgər yenə orada birbaşa qarşıdurma müşahidə edəcəyiksə, bu, bütün Qafqazı “partladacaq”. Belə olan halda bir çox dövlətlər cəlb olunacaq, bütün Qafqaz xalqlarına təsir edəcək. Bu çox ciddi məsələdir. Hesab edirəm ki, bu gün orada sülh təmin olunmalıdır. Əks təqdirdə, Qafqazda böyük müharibə olacaq. Mən isə bunu istəmirəm”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.