Qazaxıstanda güclü partlayış: 1 ölü, 5 yaralı

1-09-2022, 08:15           
Qazaxıstanda güclü partlayış: 1 ölü, 5 yaralı
Qazaxıstanın paytaxtı Almatı yaxınlığında yerləşən “Polpanİsulation” zavodunda partlayış baş verib.
Bakupost.az xarici mətbuata istinadən bildirir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
İstilik izolyasiya lövhələri istehsal edən zavodda baş verən partlayışdan sonra güclü yanğın başlayıb.
Yanğının söndürülməsində Fövqəladə Hallar Departamentinin 15 əməkdaşı, polis əməkdaşları, üç təcili tibbi yardım briqadası və dörd texnika iştirak edib. Yanğın söndürülüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.