Süni intellekt bəzi iş sahələrinə təsir edib VİDEO

3-02-2025, 12:18           
Süni intellekt bəzi iş sahələrinə təsir edib  VİDEO
Son dövrlərdə süni intellektin sürətli inkişafı bir sıra peşələrin gələcəyini sual altına qoyub. Xüsusilə dizaynerlər, mətn yazarları, tərcüməçilər və hətta hüquq məsləhətçiləri üçün süni intellekt əsaslı proqramlar ciddi rəqabət yaradıb.

TEREF Xəzər TV-yə istinadən məlumat verir ki, süni intellektin bu cür inkişafının gələcəkdə bir çox sahələrdə işçi ixtisarına səbəb olacağı ilə bağlı narahatlıqlar var. Bəs həqiqətən də bu cür proqramlar bəzi ixtisasların ləğvinə səbəb ola bilərmi?

Ekspert Rəşad Əliyev hesab edir ki, narahatlıqlara ehtiyac yoxdur. Əksinə, yaranan vəziyyət həmin iş sahələrinə müsbət təsir edəcək, onların inkişafına gətirib çıxaracaq.

Ekspertin fikrincə, süni intellekt insan faktorunu tam əvəz etməyəcək, sadəcə olaraq, bu sahələrdə çalışanların işini asanlaşdıracaq. Həmçinin yeni ixtisaslar və iş imkanları yaradacaq.

Rəşad Əliyev onu da əlavə etdi ki, süni intellektə olan tələbat səbəbindən son zamanlar məlumat analitikası və avtomatlaşdırma sahələrinə maraq artıb.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru