Gəncədə avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var
1-09-2022, 09:03
Gəncə şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report” xəbər verir ki, hadisə Gülüstan qəsəbəsində qeydə alınıb.
Avtomobilin maneəyə çırpılıbması nəticəsində 1996-cı il təvəllüdlü E.Rəhimli və 1988-ci il təvəllüdlü S.Nağıyev xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.