Baş Prokurorluq Zakir Qaralovun ölkə xaricinə çıxışına qadağa qoyulması xəbərinə münasibət bildirib
5-09-2022, 15:54
Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildiririk ki, sabiq Baş Prokuror Zakir Qaralovun ölkə xaricinə çıxışına qadağa qoyulması ilə bağlı məlumat tərəfimizdən təsdiq edilmir.
DİA.AZ xatırladır ki, dünən yerli KİV-də belə bir qadağanın qoyulduğu iddia olunub. Bildirilib ki, Zakir Qaralov xəstəlik səbəbindən Almaniyaya getmək istəsə də, buna izin verilməyib.