Sudanda 130-dan çox insan daşqınların qurbanı olub

19-09-2022, 12:14           
Sudanda 130-dan çox insan daşqınların qurbanı olub
Sudanda güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 136 nəfərə çatıb.

Bu barədə bazar günü yerli təhlükəsizlik xidməti məlumat yayıb.

Məlumata görə, təbii fəlakətdən daha azı 120 nəfər zərər çəkib.

Qeyd edək ki, Sudanda may ayında başlayan leysan yağışları bütün şəhərləri su altında qoyaraq minlərlə insanı evlərini tərk etməyə məcbur edib.

Mənbə: TASS












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.