Gəncədə mübahisənin sonu qanla bitdi: Yeniyetmə bıçaqlanaraq öldü - YENİLƏNİB

20-09-2022, 09:14           
Gəncədə mübahisənin sonu qanla bitdi:
Gəncədə bıçaq xəsarəti alan 17 yaşlı Həsən Novruzov xəstəxanada dünyasını dəyişib.

“Report”un məlumatına görə, mübahisə zəminində ürək nahiyəsindən bıçaq xəsarəti alan gənc həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb.

Hadisənin kim tərəfindən törədildiyi və təfərrüatı hələ məlum deyil.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

00:20

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin “Köhnə maşın bazarı” adlanan ərazisində qeydə alınıb.

2005-ci ildə anadan olmuş Novruzov Həsən bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Xəstə əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin səbəbləri araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru