Bakıda yol qəzasında 10 yaşlı uşağın ayağı sınıb 25-09-2022, 09:55 Bakının Yasamal rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib."Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 2012-ci il təvəllüdlü Əhmədli Həbib Ramin oğlu xəsarət alıb.Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağın sınığı diaqnozu qoyulub.Hadisənin təfərrüatı araşdırılır. Facebook-da paylaş