Nigeriyada daşqınlar nəticəsində 300-dən çox insan həlak olub

28-09-2022, 12:54           
Nigeriyada daşqınlar nəticəsində 300-dən çox insan həlak olub
Nigeriyada daşqınlar əkin sahələrini viran qoyub, məhsulu məhv edib, eləcə də on minlərlə insanı evlərini tərk etməyə məcbur edib.

Bu il ölkədə daşqınlar nəticəsində azı 300 nəfər ölüb. 100 minə yaxın insan isə evlərini tərk etmək məcburiyyətində qalıb və hazırda müvəqqəti sığınacaqlarda yaşayır.

Daşqın yarım milyona yaxın insana ziyan vurub, Nigeriyanın 36 əyalətindən 27-də, eləcə də paytaxtında infrastruktur və əkin sahələri məhv olub.

Mənbə: rossaprimavera.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru