Rusiyada yanğın zamanı 4 uşaq ölüb 18-10-2022, 09:04 Rusiyanın Xabarovsk diyarının Sinda kəndində yanğın baş verib.Teref.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Xabarovsk diyarı və Yəhudi Muxtar Vilayəti üzrə mərkəzi məlumat yayıb.İlkin məlumata görə, hadisə nəticəsində böyüklərin evdə tək qoyub getdiyi 4 azyaşlı həlak olub.İstintaq zamanı hadisənin səbəbləri müəyyən ediləcək. Facebook-da paylaş