Moskva metrosunda insident: Ucadan telefonla danışdığı üçün qadını bıçaqladı - FOTO

2-12-2022, 11:04           
Moskva metrosunda insident: Ucadan telefonla danışdığı üçün qadını bıçaqladı - FOTO
Rusiyanın Moskva metrosunda qadın sərnişin telefonla ucadan danışdığı üçün digər qadının üzünə bıçaqla xəsarət yetirib.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilir ki, insident “Qovorovo” və “Minskaya” stansiyaları arasında hərəkət edən qatarın vaqonunda baş verib. Telefonla yüksək səslə danışıq üstündə iki qadın arasında mübahisə yaranıb.

“50 yaşlı cinayətkar 36 yaşlı qadına hədə-qorxu gələrək, onun üzünə bıçaqla xəsarət yetirib”, - deyə bildirilib. Daha sonra şübhəli vaqondan düşərək qaçıb.

Zərərçəkmiş digər stansiyada düşüb, bundan sonra kömək üçün polisə müraciət edib.

Şübhəli şəxs metronun “Oktyabrskoye Pole” stansiyasında saxlanılıb. 50 yaşlı qadından turist bıçağı götürülüb. Onun barəsində cinayət işi başlanıb, barəsində həbs qətimkan tədbiri seçilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru