Saratov vilayətində naməlum PUA aerodroma düşüb, xəsarət alanlar var
5-12-2022, 12:20
Rusiyanın Saratov vilayətində naməlum pilotsuz uçuş aparatı (PUA) aerodroma düşüb.
"Report" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilib ki, dekabrın 5-də səhər saatlarında PUA yerli aerodromun uçuş-enmə zolağına düşüb. PUA iki təyyarəyə ziyan vurub. Hadisə nəticəsində yaralanan 2 nəfər xəstəxanaya çatdırılıb.