On beş metr hündürlükdən aşan avtomobilin sürücüsü sağ qaldı - FOTO

8-12-2022, 11:54           
On beş metr hündürlükdən aşan avtomobilin sürücüsü sağ qaldı - FOTO
Türkiyənin Trabzon şəhərində avtomobil 15 metr hündürlükdən boşluğa düşüb.

Sürmene rayonunda 77 yaşlı Beyler Öztürkün idarə etdiyi avtomobil 7 mərtəbəli yaşayış binasının divarına çırpılaraq 15 metr hündürlükdən aşıb.

Bildirilib ki, avtomobil yamacdan enərkən sürücünün idarəetməsindən çıxaraq sürətlənib. Sürücü sıxışdığı yerdən çıxarılaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başladılıb.

Müalicə olunan sürücünün həyatı üçün təhlükə olmadığı bildirilir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru