Sumqayıtda üç günə üç ölüm: 39 yaşlı qadın dəm qazından boğularaq öldü 9-12-2022, 08:05 Sumqayıtda 39 yaşlı qadın dəm qazından boğularaq öldü.APA-nın məlumatına görə, hadisə şəhərin Xəzər bağlarında qeydə alınıb.Belə ki, 1983-cü il təvəllüdlü Vüsalə Novruzova dəm qazından boğularaq dünyasını dəyişib.Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.Faktla bağlı araşdırma aparılır.Qeyd edək ki, bu, Sumqayıtda son 3 gün ərzində dəm qazından üçüncü ölüm faktıdır. Facebook-da paylaş